Adama Berrou
Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965, Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti.
Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı.
Berrou 2016-cı il prezident seçkilərində 43,34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi.